...

Azərbaycanda mənzillərin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin siyahısı dəyişdi

Cəmiyyət Materials 24 Fevral 2015 13:15 (UTC +04:00)
Azərbaycanda mənzillərin özəlləşdirilməsi zamanı tələb olunan sənədlər sırasına mənzil kirayəsi müqaviləsi də əlavə ediləcək.
Azərbaycanda mənzillərin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin siyahısı dəyişdi

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda mənzillərin özəlləşdirilməsi zamanı tələb olunan sənədlər sırasına mənzil kirayəsi müqaviləsi də əlavə ediləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanuna dəyişiklik haqqında qanun layihəsdində əksini tapıb.

Belə ki, qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə görə, mənzilin özəlləşdirməsi zamanı mənzil sahəsinin orderi və ya mənzil kirayəsi müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam tələb olunacaq.

Qanun layihəsi mənzil kirayəsi müqavilələrinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edilməsi məsələlərini nəzərdə tutur.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti