...

Bakıda qiymətdə və çəkidə aldadan daha bir market aşkar edildi

Cəmiyyət Materials 27 Fevral 2015 14:46 (UTC +04:00)
İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb.
Bakıda qiymətdə və çəkidə aldadan daha bir market aşkar edildi

Azərbaycan, Bakı, 27 fevral /Trend/

İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb.

İstehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 2, mərtəbə 1 ünvanında Şahin Ağalarova məxsus "Real-S" marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti