...

"Səba" şirkəti: "Toyuqlarımızın qidasını yalnız öz becərdiyimiz yem təşkil edir" (FOTO)

Cəmiyyət Materials 6 Mart 2015 12:38 (UTC +04:00)
Üzü qibləyə kəsimxana, dindar qəssablar, halal kəsim, saf şollar suyu, sağlam görünüşlü toyuqlar, təmiz qablaşdırma prosesi... Səba quşçuluq fabriki ilə tanışlığa getmiş şəxslər müəssisədən bu təəssüratlarla qayıtdılar.
"Səba" şirkəti: "Toyuqlarımızın qidasını yalnız öz becərdiyimiz yem təşkil edir" (FOTO)

Azərbaycan, Bakı, 6 mart /Trend/

Üzü qibləyə kəsimxana, dindar qəssablar, halal kəsim, saf şollar suyu, sağlam görünüşlü toyuqlar, təmiz qablaşdırma prosesi... Səba quşçuluq fabriki ilə tanışlığa getmiş şəxslər müəssisədən bu təəssüratlarla qayıtdılar.

Xəbər verdiyimiz kimi, indi istəyən hər bir şəxs Şabranda yerləşən Səba quşçuluq müəssisəsinə aparılıb, oradakı istehsal prosesi ilə tanış ola bilər. Bunun üçün sadəcə öncədən zəng edib qeydiyyata yazılmaq lazımdır.

İlk açıq qapılar günündə Səba-nın çağırışı ilə quşçuluq fabrikini görmək üçün 40-a yaxın adam qeydiyyata düşüb. 20 Yanvar metrosu yaxınlığında onlar üçün ayrılmış avtobusla Şabrana yola düşən qonaqlar müəssisə haqqında qısa məlumat aldıqdan sonra, istehsal prosesi ilə addım-addım tanış olublar. Qonaqlara ən müasir texniki avadanlıqlardan istifadə ilə həyata keçirilən nəhəng istehsal prosesi barədə Səba-nın halal kəsim qaydaları üzrə koordinatoru Hacı Böyükağa Şükürov məlumat verib. O bildirib ki, Səba məhsullarının halallığı üzü qibləyə tikilmiş kəsimxanasından başlayır və məhsullarının təmizliyini isə müəssisəyə çəkilmiş Şollar suyu təmin edir. Səba kəsimxanasında əl ilə bir-bir dua oxunar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti