...

Fikrət Məmmədov Ağdaşda vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 9 Mart 2015 16:04 (UTC +04:00)
Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən martın 13-də Ağdaş rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.
Fikrət Məmmədov Ağdaşda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 9 mart /Trend/

Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən martın 13-də Ağdaş rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbulda Ağdaş, Mingəçevir və Yevlax rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul saat 12:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Ağdaş Rayon İcra Hakimiyyətinin yanı) keçiriləcəkdir.
Bildirilir ki, vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 383-89-92, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti