...

Almaniyalı professor Azərbaycan Dillər Universitetində mühazirə deyib (FOTO)

Cəmiyyət Materials 11 Mart 2015 10:00 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Azərbaycana növbəti səfərə gələn almaniyalı alimlər – Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman və Auqsburq Universitetinin professoru dr. Ulrike Eisenhut Azərbaycan Dillər Universitetində professor-müəllim heyəti və alman dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüblər.
Almaniyalı professor Azərbaycan Dillər Universitetində mühazirə deyib (FOTO)

Azərbaycan, Bakı, 10 mart/Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində Azərbaycana növbəti səfərə gələn almaniyalı alimlər - Vürsburq Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartman və Auqsburq Universitetinin professoru dr. Ulrike Eisenhut Azərbaycan Dillər Universitetində professor-müəllim heyəti və alman dili ixtisası üzrə təhsil alan tələbələrlə görüşüblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, uiversitetin Müasir Alman dili kafedrasının müdiri, dosent Elxan Yusifov qonaqları salamlayaraq belə görüşlərin təşkilinin tələbələr üçün səmərəli olduğunu vurgulayıb.

Azərbaycanda "Kitabi-Dədə Qorqud" dastanının alman şərqşünası, diplomat Fridrix fon Dits tərəfindən tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsini yüksək qiymətləndirən professor Z.Hartman millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri akademik Kamal Abdullayevə bu sahədə gördüyü işlərə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, dünya dastan yaradıcılığında özünəməxsus yer tutan "Kitabi-Dədə Qorqud" folklor sənəti üçün qiymətli əsərdir, dastanın tədrisi və təbliği önəmlidir.

Professor Ziqlinde Hartman tələbələrə "Orta əsrlər Alman ədəbiyyatında romantizm" mövzusunda mühazirə deyib. Sonra qonaqlar professor-müəllim heyətini və tələbələri maraqlandıran sualları cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti