...

TQDK-dan növbəti müraciət

Cəmiyyət Materials 12 Mart 2015 14:13 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlərə müraciət edib.
TQDK-dan növbəti müraciət

Azərbaycan, Bakı, 12 mart/Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlərə müraciət edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, martın 15-də ölkənin bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçiriləcək.

İmtahan bütün binalarda eyni vaxtda - saat 12:00-da başlanacaq və 2 saat 45 dəqiqə müddətində aparılacaq.

TQDK şagirdlərin diqqətinə çatdırır ki, imtahana gələrkən özləri ilə mütləq İmtahana buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini, Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər Miqrasiya Xidmətinin qeydiyyat vəsiqəsini, qaçqın statusu almış xarici ölkə vətəndaşları qaçqın vəsiqələrini) gətirməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti