...

84 jurnalist qalib gəldi (FOTO)

Cəmiyyət Materials 12 Mart 2015 16:42 (UTC +04:00)
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
84 jurnalist qalib gəldi (FOTO)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ziyalılar və KİV nümayəndələri iştirak ediblər.

Mərasimin əvvəlində Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTAC-ın əməkdaşlarına Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq bir sıra fəxri adlar təqdim olunub.

Daha sonra müsabiqə qaliblərinə mükafatlar təqdim olunub. Müsabiqəyə 54 kütləvi informasiya vasitəsindən 120 yazı təqdim edilib. Bu yazılar ekspertlər tərəfindən qiymətləndirilib və Fondun Müşahidə Şurasının qərarı ilə 84 jurnalist qalib elan olunub.

Sonra qaliblər mükafatlandırılıb.

Tədbir Novruz bayramına həsr edilmiş musiqili proqramla davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti