...

Azərbaycan alimləri asfalt-beton örtüklərinin uzunömürlülüyünü artırmaq yolunu tapdılar

Cəmiyyət Materials 16 Mart 2015 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri asfalt-beton örtüklərinin uzunömürlülüyünü artıran yeni qatqı əldə ediblər.

Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA prezidenti Akif Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının Təcrübə-Sənaye Zavodunda "Bitum adgeziya qatqısı"nın alınması prosesi ilə tanış olub.

Qeyd olunub ki, asfalt-beton örtüklərinin keyfiyyətinin yaxşılaşdırılması və uzunömürlülüyünün artırılması məqsədi ilə istifadə olunacaq qatqının aidiyyəti zavodlarda birbaşa istehsalata tətbiqi mümkündür. Zavodun ərazisində müalicəvi və təbii ağ Naftalan yağının alınması qurğusunun isə iki ay müddətində tam istifadəyə verilməsi nəzərdə tutulub.

Təcrübə-Sənaye Zavodunda "Solidol", "Litol 24" və "Floran YP-2" də daxil olmaqla 8 adda plastik sürtkü materialının, ümumilikdə isə 25 adda məhsulun istehsalına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti