Novruz bayramı münasibətilə Gəncə şəhər İcra Hakimiyyəti və Nizami bələdiyyəsi Gəncədə fəaliyyət göstərən Uşaq Fondunun nəzdində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib.
Əqli və Fiziki qüsurlu uşaqların Reablitasiya Mərkəzində Nizami bələdiyyəsinin sədri, sədr müavini və üzvləri iştirak ediblər. Tədbiri Mərkəzin direktoru Novruz Novruzov açaraq uşaqların Novruz bayramını təbrik edib. Sonra Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədov uşaqları salamlayaraq onlara nurlu gələcək və xoşbəxtlik arzulayıb. Ölkə başçısı cənab İlham Əliyevin uşaqlara hərtərəfli diqqət və qayğı göstərdiyini, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə genişmiqyaslı layihələr həyata keçirdiyini vurğulayıb.
Novruz şənliyi şux musiqi və rəqslərlə çay süfrəsi ətrafında davam edib. Çizgi filminin obrazları - Maşa və Ayı uşaqları şənləndirib.
Sonra uşaqlara bayram sovqatı və hədiyyələr verilib.