...

Sabah hava necə olacaq?

Cəmiyyət Materials 22 Mart 2015 13:57 (UTC +04:00)
Martın 23-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq.
Sabah hava necə olacaq?

Azərbaycan, Bakı, 22 mart /Trend/

Martın 23-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq. Günün ikinci yarısından başlayaraq yağışın tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.

Azərbaycan rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti