...

Daha bir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb (FOTO)

Cəmiyyət Materials 30 Mart 2015 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bərdə regional "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, Bərdə "ASAN xidmət" mərkəzi Bərdə, Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarında qeydiyyatda olan və ümumi sayı 800 000-ə yaxın vətəndaşa xidmət göstərir.

Hazırda 8 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 4-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə Sabirabad və Bərdədir.

"ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 "Çağrı" mərkəzinə zəng etməklə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti