...

BDU-nun kafedra müdiri Londonda olub (FOTO)

Cəmiyyət Materials 30 Mart 2015 16:42 (UTC +04:00)
BDU-nun Radio və televiziya jurnalistikası kafedrasının müdiri Londonda olub.
BDU-nun kafedra müdiri Londonda olub (FOTO)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Bakı Dövlət Universitetinin (BDU) Radio və televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimova "Paşa Bank", "British Council" və Böyük Britaniyanın Tomson Fondunun birgə təşkil etdiyi "Biznes Jurnalistika" təlimləri çərçivəsində ölkənin tanınmış jurnalistləri ilə birlikdə İngiltərənin paytaxtı London şəhərində olub.

BDU-nun mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, bir həftəlik təlim sosial və yeni media sahəsində bilik və bacarıqların artırılması, BBC, "The Daily Telegraph" kimi nəhəng media korporasiyalarında olmaq baxımından son dərəcə yaddaqalan olub.

Jurnalistlər, eyni zamanda, London Fond Birjası, Lordlar Palatasında olub və sonda Tomson Fondunun sertifikatlarına layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti