...

Azərbaycan “Lüsern Dünya Turizm Forumu”nda iştirak edəcək

Cəmiyyət Materials 16 Aprel 2015 12:59 (UTC +04:00)
Azərbaycan aprelin 23-24-də İsveçrə Konfederasiyasının Lüsern şəhərində keçiriləcək 4-cü “Lüsern Dünya Turizm Forumu”nda iştirak edəcək.
Azərbaycan “Lüsern Dünya Turizm Forumu”nda iştirak edəcək

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan aprelin 23-24-də İsveçrə Konfederasiyasının Lüsern şəhərində keçiriləcək 4-cü "Lüsern Dünya Turizm Forumu"nda iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, hər il dünyanın müxtəlif ökələrindən çoxsaylı nümayəndələrin iştirak etdiyi layihənin 2015-ci il üzrə qonaq ölkəsi Azərbaycan olacaq. Forumda Mədəniyyət və Turizm Nazirliyi tərəfdaş qismində iştirak edəcək. Forumda ölkəmizin qonaq qismində iştirakı, onun zəngin irsinin və turizm potensialının daha da geniş tanıdılmasına imkan yaradacaq.

Forum çərçivəsində müxtəlif mövzularda seminarların keçirilməsi nəzərdə tutulub.

Tədbirdə 60 ölkədən 400-dən çox turizm sahəsində fəaliyyət göstərən rəhbər şəxslərin, mütəxəssislərin və icraedicilərin iştirakı planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti