...

Gəncədə ağacəkmə aksiyası

Cəmiyyət Materials 2 May 2015 17:52 (UTC +04:00)
Gəncədə N saylı hərbi hissənin şəxşi heyəti ağacəkmə aksiyasında iştirak edib.
Gəncədə ağacəkmə aksiyası

Azərbaycan, Bakı, 2 may /Trend/

Gəncə şəhərində N saylı hərbi hissənin şəxşi heyəti ağacəkmə aksiyasında iştirak edib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncədə Müdafiə Nazirliyinin əmrinə əsasən iməcilik və ağacəkmə aksiyası təşkil olunub. Aksiya faşizm üzərində qələbənin 70 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə keçirilib.

N saylı hərbi hissənin şəxşi heyəti Heydər Əliyev park-kompleksinin ərazisində ağac əkiləcək torpaq sahəsini alaq otları və daşlardan təmizləyib. Daha sonra hərbçilər orkestrin müşayiəti altında ağac əkməyə başlayıblar. Aksiya zamanı 500-dən artıq şam ağacı əkilib. İməcilik şəhər üzrə 4 istiqamətdə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti