...

Azərbaycanla İran arasında müştərək teleradio komissiyasının yaradılması nə yerdədir?

Cəmiyyət Materials 14 May 2015 18:11 (UTC +04:00)
Azərbaycanla İran arasında müştərək teleradio komissiyasının yaradılması üzərində iş gedir.
Azərbaycanla İran arasında müştərək teleradio komissiyasının yaradılması nə yerdədir?

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycanla İran arasında müştərək teleradio komissiyasının yaradılması üzərində iş gedir.

Trend xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan İranın Radio və Televiziya Təşkilatının xarici məsələlər üzrə sədr müavini Məhəmməd Əxgəri bu gün İranın Bakıdakı səfirliyində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranla Azərbaycan arasında radioteleviziya sahəsində texniki baxımdan çox irəliləyiş var və artıq müəyyən razılıqlar da əldə olunub: "Hazırda iki ölkə arasında müştərək teleradio komissiyasının yaradılması üzərində iş gedir. Biz müştərək komissiyanın və ya işçi qrupunun sayını və tərkibini səfirlik, eləcə də İranın Radio və Televiziya Təşkilatının Bakı nümayəndəliyi vasitəsilə Azərbaycan tərəfinə elan edəcəyik. Azərbaycan tərəfdən də bu məlumatları aldıqdan sonra onların birgə iclasının keçirilməsi nəzərdə tutulur".

M.Əxgəri qeyd edib ki, hazırda iki ölkə arasında texniki baxımdan müəyyən əməkdaşlıq yaranıb. Məsələn, televiziya kanallarının rəqəmsal yayım aparatlarından biri test üçün Bakıya gətirilib.

Xatırladaq ki, İran Radio və Televiziya Təşkilatının keçmiş sədri İzzətullah Zərğami ötən ilin oktyabr ayında Bakıda səfərdə olarkən Azərbaycan və İran arasında müştərək teleradio komissiyasının yaradılmasına dair əməkdaşlıq sənədi imzalanmışdı.

İki ölkə arasında imzalanmış sənədə əsasən, müştərək teleradio komissiyasının yaradılması üçün işçi qrupu fəaliyyət göstərəcək. İşçi qrupu müştərək teleradio komitəsinin yaradılması və onun işə başlamasına dair sazişi hazırlayacaq, daha sonra saziş ölkə rəsmiləri tərəfindən imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti