...

Moskvada 416-cı Azərbaycan milli diviziyasının döyüş yoluna həsr olunmuş məruzə maraqla qarşılanıb (FOTO)

Cəmiyyət Materials 27 May 2015 20:28 (UTC +04:00)
Rusiya Federasiyası Moskva şəhərində keçirilən və faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda 416-cı Taqanroq atıcı diviziyasının döyüş yoluna həsr olunmuş məruzə böyük maraqla qarşılanıb.
Moskvada 416-cı Azərbaycan milli diviziyasının döyüş yoluna həsr olunmuş məruzə maraqla qarşılanıb (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Rusiya Federasiyası Moskva şəhərində keçirilən və faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransda 416-cı Taqanroq atıcı diviziyasının döyüş yoluna həsr olunmuş məruzə böyük maraqla qarşılanıb. Bu barədə Trend-ə Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib.

Rusiya Silahlı Qüvvələri Mərkəzi Muzeyində keçirilən "Muzey və arxiv kolleksiyaları 1941-1945-ci illər Böyük Vətən müharibəsinin tarixi haqqında" adlı konfransda AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, t.ü.f.d. Pərvin Gözəlov "416-cı Qırmızıbayraqlı, Suvorov ordenli Taqanroq atıcı diviziyasının faşızm üzərində qələbənin qazanılmasında yeri və rolu" adlı məruzə ilə çıxış etmişdir.

Azərbaycanlılardan ibarət olan bu hərbi birləşmə Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmiş, düşmən qoşunlarının darmadağın edilməsinə böyük töhfə vermişdir. Diviziyanın 14 mindən zabit və əsgəri orden və medallarla təltif edilmiş, 8 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Konfrans iştirakçılarının marağına səbəb olmuş məruzə zamanı müvafiq slayd-film nümayiş olunmuş, natiq çoxsaylı suallara cavab vermişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti