...

FHN-in Akademiyasında 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 27 May 2015 20:58 (UTC +04:00)
27 may 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.
FHN-in Akademiyasında 28 May – Respublika Günü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend/

27 may 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib.

Trend nazirliyin saytına istinadən məlumat verir ki, akademiyanın inzibati binasının akt zalında təşkil ounan tədbiri açan FHN-in Akademiyasının rəisi general-mayor Pənah Süleymanov tədbir iştirakçılarını salamlamış və Respublika Günü münasibətilə təbrik etmişdir.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.

28 May - Respublika Gününün əhəmiyyətindən danışan akademiyanın rəisi müstəqilliyimizin bərpasında və qorunmasında ümummilli lider Heydər Əliyevin misilsiz rolunu qeyd etmiş, onun siyasi kursunun layiqli davamçısı, müstəqilliyimizin möhkəmləndirilməsi və dövlətimizin qüdrətinin artırılması naminə yorulmadan çalışan ölkə Prezidenti cənab İlham Əliyevin xidmətlərindən söz açmışdır.

Daha sonra çıxış edən FHN Akademiyasının rəis müavini polkovnik Afət Qurbanov müstəqilliyimizin tarixindən söz açmış, bu günün əhəmiyyətindən bəhs etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti