...

"28 Mall" uşaqları bayram münasibətilə təbrik edib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2015 17:07 (UTC +04:00)
Ticarət Mərkəzi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əyləncəli tədbirlər keçirib.
"28 Mall" uşaqları bayram münasibətilə təbrik edib (FOTO)

"28 Mall" Ticarət Mərkəzi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün əyləncə dolu tədbirlər keçirib.

Belə ki, Ticarət Mərkəzinin balaca qonaqları üçün iki gün ərzində - 31 may və 1 iyun tarixlərində "28 Mall"da maraqlı əyləncələr təşkil olunub. Tədbirdə, həmçinin uşaqlar üçün sabunlu köpük şou, veniamin şou və çoxlu sürprizlər təşkil olunmuşdur.

Qeyd edək ki, "28 Mall" mütəmadi olaraq müxtəlif bayram günlərində müxtəlif tədbirlər, sərgilər və layihələr təşkil edir.

"28 Mall"ın ümumi sahəsi 25.000 m2-dir. Mərkəzin ərazisində ticarət obyektləri ilə yanaşı Food Court (alış-veriş ticarət mərkəzlərində yemək üçün ayrılmış xüsusi bölmə) və restoranlar, 1200 nəfərlik kinoteatr və uşaqlar üçün əyləncə yeri də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti