Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası bu qurumun magistraturasına qəbul olmuş bakalavrlara müraciət edib.
Akademiyadan Trend-ə bildirilib ki, 2015-2016-cı tədris ili üçün AMEA-nın magistraturasına qəbul olmuş bakalavrlar AMEA-da qeydiyyatdan keçməlidirlər.
Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA-nın Elm və təhsil idarəsinin Təhsil şöbəsində aparılacaq.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Xatıqladaq ki, bu il ilk dəfə olaraq, AMEA-da magistraturaya bakalavr qəbulu aparılıb.
Bu il AMEA-da magistraturara qəbul üçün 7 ixtisas - dilşünaslıq, antropologiya, fizika, kimya, biologiya, geologiya, aqronomluq üzrə ümumilikdə 20 plan yeri ayrılıb. Magistraturaya tələbə qəbılu yalnız dövlət sifarişi əsasında aparılır.