...

Azərbaycanda fransızlarla birgə arxeoloji ekspedisiya aparılır

Cəmiyyət Materials 7 İyul 2015 11:41 (UTC +04:00)
Azərbaycanın Tovuz rayonunun neolit abidələrində tədqiqatlar aparan Azərbaycan – Fransa beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyətə başlayıb.
Azərbaycanda fransızlarla birgə arxeoloji ekspedisiya aparılır

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan - Fransa beynəlxalq arxeoloji ekspedisiyası Tovuz rayonunun neolit abidələrində tədqiqatlar aparır.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, əsasən Tovuz rayonundakı eradan əvvəl VI minilliyə aid olan Menteş qədim yaşayış yerini tədqiq edən Azərbaycan və Fransa arxeoloqlarının birgə ekspedisiyası səkkiz il ərzində fəaliyyət göstərib. Fransa tərəfindən ekspedisiyanın həmrəhbəri doktor, professor Bertille Lyonnet və antropologiya, geo və mikromorfologiya, restavrasiya, trassologiya ixtisasları üzrə daha 12 fransalı mütəxəssislərdən ibarət ekspedisiyanın cari araşdırma mövsümü tədqiqatların son mərhələsi olacaq.

Gələn il isə səkkiz il ərzində aparılan arxeoloji araşdırmaların nəticələrinə həsr olunmuş elmi monoqrafiyanın çap olunması nəzərdə tutulub. Bununla da, Azərbaycan və Fransa arxeoloqlarının müştərək araşdırmaları Tovuz bölgəsində yekunlaşacaq.

Tovuz arxeoloji ekspedisiyası növbəti illərdə bölgədə tədqiqatlarını Göytəpə və Hacıəlləmxanlı kimi neolit dövrü qədim yaşayış yerlərində Tokio Universitetinin arxeoloqları ilə birgə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti