...

Gələn ildən rezidenturaya qəbul imtahanının baza fənləri dəyişdiriləcək

Cəmiyyət Materials 13 İyul 2015 16:31 (UTC +04:00)
2016/2017-ci tədris ilindən etibarən bütün istiqamətlər üzrə rezidenturaya qəbul imtahanının baza fənlərinin tərkibində dəyişikliklər edilməsi nəzərdə tutulur.
Gələn ildən rezidenturaya qəbul imtahanının baza fənləri dəyişdiriləcək

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

2016/2017-ci tədris ilindən etibarən bütün istiqamətlər üzrə rezidenturaya qəbul imtahanının baza fənlərinin tərkibində dəyişikliklər edilməsi nəzərdə tutulur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bu dəyişikliklərə əsasən, "Patoloji anatomiya" və "Patoloji fiziologiya" fənlərinin "Patologiya" adı altında birləşdirilməsi, eyni zamanda, bütün istiqamətlər üzrə baza fənləri sırasına "Histologiya" fənninin əlavə edilməsi planlaşdırılır.

Bununla yanaşı, tibbi biologiya istiqaməti üzrə baza fənləri sırasına "İnsan anatomiyası" və "Patologiya" fənləri, tibbi-profilaktika istiqaməti üzrə isə "İnsan anatomiyası", "Patologiya" və "Farmakologiya" fənlərinin daxil edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti