...

Ekspert: Azərbaycanda “iki”, “üç” ulduzlu hotellərin inşası həll edilməlidir ki, ölkə gələn turistləri itirməsin

Cəmiyyət Materials 14 İyul 2015 12:19 (UTC +04:00)
Azərbaycanda “iki”, “üç” ulduzlu hotellərin inşası çox qısa zaman ərzində həll edilməlidir ki, ölkə gələn turistləri itirməsin.
Ekspert: Azərbaycanda “iki”, “üç” ulduzlu hotellərin inşası həll edilməlidir ki, ölkə gələn turistləri itirməsin

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda "iki", "üç" ulduzlu hotellərin inşası çox qısa zaman ərzində həll edilməlidir ki, ölkə gələn turistləri itirməsin. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, rayonlardan Bakıya, eyni zamanda qonşu respublikalardan Azərbaycana gələn aztəminatlı şəxslər daha ucuz hotellərdə qalmaq istəyirlər: "Ancaq belə hotellər olmadığından onların çoxu evlərdə kirayə qalırlar. Bu, onların təhlükəsizliyini və dövlətə vergilərin ödənilməsi məsələsini arxa plana keçirir".

M.Ağakərimov bildirib ki, qonşu Türkiyə və İranda olduğu kimi, Azərbaycanda da "iki", "üç" ulduzlu hotellərin qiymətləri münasib olmalıdır. Onun sözlərinə görə, belə hotellərdə qiymətlər aşağı olduğundan xidmətlərin ceşidləri də az olur: "Hotellərdə xidmət səviyyəsi yuxarı qaldırılmalıdır. Bu, o demək deyil ki, hotel "iki", "üç" ulduzludursa, orada xidmət aşağı olmalıdır. Həmin hotellərin də öz standartları var".

Qiymətlərin baha olmasının Azərbaycanda turizmin inkişafına mane olduğunu deyən mütəxəssisin fikrincə, xidmət səviyyəsi yuxarı, qiymət isə münasib olarsa, bu, ölkədə turizmin inkişafında mühüm rol oynaya, ölkəyə gələn turistlərin də sayının artmasına təsir göstərə bilər: "Təbii ki, Azərbaycana gələn turistlər hotellərdə, eyni zamanda, aviabiletlərin qiymətlərinin baha olduğunu gördükdə bunu öz ölkələrində danışırlar. Nəticədə bu, Azərbaycana daha az turistin gəlməsinə səbəb olur. Ona görə də bu məsələ tez bir zamanda həll olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti