...

AMEA institutlarında magistraturaya qəbul aparılacaq

Cəmiyyət Materials 15 İyul 2015 11:42 (UTC +04:00)
2016-cı idən Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının yarısından çoxuna magistraturaya qəbulun aparılması nəzərdə tutulur.
AMEA institutlarında magistraturaya qəbul aparılacaq

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

2016-cı idən Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının yarısından çoxuna magistraturaya qəbulun aparılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Milli Mətbuatımızın 140 illik yubileyi münasibətilə "Elm və media: multidisiplinar istiqamətlər və perspektivlər" mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı AMEA prezidenti Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, bu il ilk dəfə olaraq, akademiyada magistraturaya qəbul aparılıb: "Bu il 7 institutda 7 ixtisas üzrə magistraturaya qəbul aparılıb. Lakin gələn ildən qəbul aparılan institutların və ixtisasların sayı artırılacaq. Gələn ildən AMEA institutlarının yarısından çoxunda, sonrakı illərdə isə ola bilər ki, hamısında magistraturaya qəbul aparılsın".

Azərbaycan elminin yeniləşmə məqamında olduğunu deyən A.Əlizadə qeyd edib ki, görülən bütün bu işlər elm və təhsilin inteqrasiyası üçün həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti