...

Qərb bölgəsindən olan abituriyentlər Gəncədə qabiliyyət imtahanı verib

Cəmiyyət Materials 20 İyul 2015 16:54 (UTC +04:00)
Qərb bölgəsindən olan abituriyentlər Gəncədə qabiliyyət imtahanı verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Gəncədə ali məktəblərə qəbulla bağlı V ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı keçirilib.
Qərb bölgəsindən olan abituriyentlər Gəncədə qabiliyyət imtahanı verib

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Qərb bölgəsinin abituriyentləri Gəncədə qabiliyyət imtahanı verib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Gəncədə ali məktəblərə qəbulla bağlı V ixtisas qrupuna xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı keçirilib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, imtahanlar Gəncə şəhər 27 nömrəli orta məktəbdə təşkil olunub. Qərb bölgəsindən olan abituriyentlər təsviri incəsənət və musiqi sənəti üzrə qabiliyyətlərini nümayiş etdirib.

TQDK-nın Gəncə Regional Bölməsinin aparıcı məsləhətçisi Vüqar Əsgərov bildirib ki, təsviri incəsənət istiqaməti üzrə 280, musiqi sənəti üzrə isə 90 abituriyent imtahana buraxılıb: "Əgər imtahandan məqbul qiymət alarlarsa, onlar ixtisas seçiminə buraxılır. İxtisas seçimi iyulun 30-dan avqustun 11-nə qədərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti