...

Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 38 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 23 İyul 2015 12:51
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 38 dərəcə isti olacaq.
Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 38 dərəcəyə yüksələcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 38 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 24-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti