...

Hərbi həkim olmaq istəyənlər üçün yenidən müsabiqə keçirilir

Cəmiyyət Materials 30 İyul 2015 16:35 (UTC +04:00)
Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə (hərbi həkim işi ixtisası üzrə) müsabiqə zamanı boş qalmış plan yerlərinə əlavə qəbul həyata keçirilir.
Hərbi həkim olmaq istəyənlər üçün yenidən müsabiqə keçirilir

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə (hərbi həkim işi ixtisası üzrə) müsabiqə zamanı boş qalmış plan yerlərinə əlavə qəbul həyata keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, əlavə müsabiqə 20 plan yeri üzrə aparılır. Bu müsabiqədə IV ixtisas qrupu üzrə qəbul imtahanında 350 və daha yuxarı bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər Hərbi həkim komissiyasından keçmək üçün iyulun 30-dan avqustun 8-dək (bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək müraciət etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti