...

"Kiçik ekoloqlar"a tullantıların çeşidlənməsi və azaldılması yolları izah ediləcək (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2015 16:29 (UTC +04:00)
15 avqust tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində tullantılar və onların təkrar emalı mövzusuna həsr olunacaq növbəti təlim keçiriləcək.
"Kiçik ekoloqlar"a tullantıların çeşidlənməsi və azaldılması yolları izah ediləcək (FOTO)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

15 avqust tarixində IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün ekoloji laboratoriya" layihəsi çərçivəsində tullantılar və onların təkrar emalı mövzusuna həsr olunacaq növbəti təlim keçiriləcək.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, təlim zamanı uşaqlara tullantılar və onların təkrar emalı prosesləri haqqında geniş məlumatlar çatdırılacaq və bu proseslərin planetimiz, xüsusilə canlı aləm üçün əhəmiyyətdən bəhs ediləcək, həmçinin "kiçik ekoloqlar"a tullantıların çeşidlənməsi və azaldılması yolları izah ediləcək.

Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində iştirak edəcək, süd qutusundan və plastik butulkadan quş yuvaları düzəltməklə istifadə olunmuş müxtəlif materiallardan ətraf mühit üçün yararlı olan əşyalar hazırlamağı öyrənəcəklər.

IDEA İctimai Birliyi və "Sevimli Bala" təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunacaq sayca səkkizinci təlim olan avqust laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ətraf mühitin mühafizəsində vacib amillərdən hesab olunan tullantıların azaldılması və təkrar emalı proseslərini kiçik yaşlardan dərk etmələri baxımından mühüm töhfə verəcək.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti