...

Səhiyyə Nazirliyi: Jurnalistin ölümünün səbəbləri araşdırılır

Cəmiyyət Materials 10 Avqust 2015 13:03 (UTC +04:00)
Jurnalist Əliyev Rasimimin ölümünün səbəbləri Səhiyyə Nazirliyi tərəfindən araşdırılır.
Səhiyyə Nazirliyi: Jurnalistin ölümünün səbəbləri araşdırılır

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir Elmir Murad/

Jurnalist Rasim Əliyevin ölümünün səbəbləri Səhiyyə Nazirliyi tərəfindən araşdırılır. Bunu Trend-ə açıqlamasında Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, jurnalistin ölümünün baş vermə səbəbləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin mütəxəssislərinin araşdırmasından sonra bəlli olacaq.

Yekun məlumat müayinənin nəticələrindən sonra müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti