...

AZAL Naxçıvan-Bakı reysinin ləngimə səbəblərini açıqladı

Cəmiyyət Materials 20 Avqust 2015 14:13 (UTC +04:00)
Bakıdan Naxçıvana və əks istiqamətdə sərnişin daşınması ilə bağlı yaranan problem saat 15:00-da tamamilə aradan qaldırılacaq.
AZAL Naxçıvan-Bakı reysinin ləngimə səbəblərini açıqladı

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir Maksim Tsurkov/

Bakıdan Naxçıvana və əks istiqamətdə sərnişin daşınması ilə bağlı yaranan problem saat 15:00-da tamamilə aradan qaldırılacaq. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Naxçıvan-Bakı marşrutu üzrə reys həyata keçirməli olan AZAL-a məxsus "Boeing-757" təyyarəsi hazırda Naxçıvanda texniki baxışdan keçirilir.

Şirkətdən verilən məlumata əsasən, bu, yaranan texniki nasazlıqla əlaqədardır: "Bakı-Naxçıvan reysinə müvəqqəti olaraq 326 sərnişin tutumu olan "A-340" aerobusu buraxılacaq. Bakı-Naxçıvan istiqamətində uçuş zamanı aerobusun göyərtəsinə maksimum sayda sərnişin alınacaq. Əks istiqamətdə də eyni prosedur həyata keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti