...

Sərin hava şəraitini sevənlərə müjdə

Cəmiyyət Materials 22 Avqust 2015 11:07 (UTC +04:00)
Azərbaycanda sərin hava şəraiti bir neçə gün davam edəcək.
Sərin hava şəraitini sevənlərə müjdə

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda sərin hava şəraiti bir neçə gün də davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, respublika ərazisində sərin hava şəraiti 2-3 gün də davam edəcək.

Havanın temperaturu bir neçə gün öncə ilə müqayisədə 5-8 dərəcə aşağı olacaq.

Bəzi bölgələrdə güclü külək əsəcəyi, yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti