...

Aydın Əliyev 5 rayonun sakinləri ilə görüşəcək

Cəmiyyət Materials 24 Avqust 2015 13:30 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Yardımlı şəhərində vətəndaşlarla görüşəcək.
Aydın Əliyev 5 rayonun sakinləri ilə görüşəcək

Azərbaycan, Bakı, 24 avqust /Trend/

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Yardımlı şəhərində vətəndaşlarla görüşəcək. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev avqustun 28-də saat 10:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Qəbul zamanı bölgədə yerləşən - Yardımlı, Lənkəran, Astara, Masallı və Lerik rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar avqustun 27-si saat 10:00-dək "192" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Astara Gömrük İdarəsi (əlaqə telefonu: (025) 225-10-06) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti