Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Elmir Murad/
Xalq artisti Habil Əliyevin vəziyyəti yenidən ağırlaşaraq komaya düşüb.
Bunu Trend-ə açıqlamasında xalq artistinin qızı Vəfa Əliyeva deyib.
Onun sözlərinə görə, həkim nəzarətində olan H.Əliyevin vəziyyəti dünən gecədən pisləşib: "Dünən gecədən atamın vəziyyəti yenidən pisləşdi. Mərkəzi Klinik Xəstəxananın həkimləri atamın ciddi nəzarətə götürüblər. Allahdan ümid kəsilməz. Ümid edirik ki, onun səhhəti yenidən düzələcək".
Qeyd edək ki, ürək çatışmazlığı və ağciyərində yaranan problemlə bağlı bir müddət əvvəl xalq artisti H.Əliyevin səhhəti ağırlaşıb.