...

Bilik Fondunun əməkdaşları Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə tanış oldular (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2015 11:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları 16 ildir Azərbaycanda fəaliyyət göstərən Misir Mədəniyyət və Təhsil Əlaqələri mərkəzində olublar.
Bilik Fondunun əməkdaşları Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə tanış oldular (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları 16 ildir Azərbaycanda fəaliyyət göstərən Misir Mədəniyyət və Təhsil Əlaqələri mərkəzində olublar.

Fonddan Trend-ə verilən məlumata görə, Bilik Fondunun əməkdaşları Misir Mədəniyyət və Təhsil Əlaqələri mərkəzinin müdiri Əhməd Elaydinin müşayiəti ilə mərkəzlə tanış olublar. Mərkəzin yerləşdiyi inzibati binada həm də Misir mədəniyyətini və tarixini əks etdirən muzey, kitabxana fəaliyyət göstərir. Mərkəzdə həmçinin ərəb dili tədris olunur. Sonra hər iki qurumun əməkdaşları arasında birgə fəaliyyətin istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələri qurula bilər. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda ərəb dilinin, Misirdə Azərbaycan dilinin tədrisinin genişləndirilməsi, hər iki ölkənin tarixinin, mədəniyyətinin öyrənilməsi və təbliği mümkündür. 2016-cı ildə Bakıda keçiriləcək islam idman oyunlarına həsr olunan müxtəlif tədbirlərin hazırlanmasının vacibliyi xüsusi qeyd edilib.

Bilik Fondunun icraçı direktoru səmərəli əməkdaşlığa dair müxtəlif səpgili təkliflər səsləndirib və bu təkliflərin həyata keçirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb.

Azərbaycanı ikinci vətəni adlandıran Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Ə.Elaydi Bilik Fondu ilə əməkdaşlığa məmnuniyyətlə hazır olduqlarını, birgə layihələrin həyata keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini deyib. Misirin Ayn-Şəms Universitetində Azərbaycan dilini tədris edən Ə.Elaydi tələbələrinin böyük həvəslə Azərbaycana gəlmək istədiklərini bildirib və belə qarşılıqlı səfərlərin təşkil olunmasında yaxından iştirak edə biləcəklərini diqqətə çatdırıb.

Yaxın vaxtlarda Bilik Fondu ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasında əməkdaşlıq haqqında saziş imzalanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti