...

300-ə yaxın abituriyent təhsil müəssisələrində qeydiyyatdan keçib

Cəmiyyət Materials 8 Sentyabr 2015 15:44 (UTC +04:00)
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı davam edir.
300-ə yaxın abituriyent təhsil müəssisələrində qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Elmir Murad/

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə bildirilib ki, 8 sentyabr saat 14:30-a olan məlumata əsasən tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan 904 abituriyentdən 295 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib.

Qeydiyyat sentyabrın 10-dək (saat 09:00-dan 17:00-dək) davam edəcək. Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti