...

AFFA qaçqın və məcburi köçkün uşaqlarla görüş keçirib (FOTO)

Cəmiyyət Materials 9 Sentyabr 2015 13:09 (UTC +04:00)
Oğuz rayonunda məskunlaşan Laçın və Kəlbəcərdən olan qaçqın və məcburi köçkün düşmüş ailələrdən olan və Oğuz rayonundan olan uşaqlarla Azərbaycanda 2002-ci ildən həyata keçirilən “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində görüş keçirilib.
AFFA qaçqın və məcburi köçkün uşaqlarla görüş keçirib (FOTO)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Oğuz rayonunda məskunlaşan Laçın və Kəlbəcərdən olan qaçqın və məcburi köçkün düşmüş ailələrin uşaqları, eləcə də Oğuz rayonundan olan uşaqlarla Azərbaycanda 2002-ci ildən həyata keçirilən "Açıq Əyləncəvi Futbol Məktəbləri" layihəsi çərçivəsində görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə AFFA-nın I vitse Prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev də iştirak edib.

Tədbirin keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olub. Uşaqlara müxtəlif idman ləvazimatları paylanıb. Sonda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Bu tədbirin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti