...

TQDK müəllimlər üçün seminarlar keçirəcək

Cəmiyyət Materials 14 Sentyabr 2015 11:43 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında(TQDK) test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə 05 oktyabr 2015-ci il tarixdən fənlər üzrə elmi-metodiki seminarlar keçirəcək.
TQDK müəllimlər üçün seminarlar keçirəcək

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir Elmir Murad/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında(TQDK) test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işlərini həyata keçirmək məqsədilə 05 oktyabr 2015-ci il tarixdən fənlər üzrə elmi-metodiki seminarlar keçirəcək.

Qurumdan Trend-ə verilən məlumata görə, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində, həmin bölgələri təmsil edən müvafiq fənn müəllimllərinin iştirak etməsi nəzərdə tutulan elmi-metodiki seminarlar da eyni vaxtda öz işinə başlayacaq və eyni qrafiklə fəaliyyət göstərəcək.

Seminarlarda iştirak etmək istəyənlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, bölgələrdə isə Komissiyanın regional bölmələrinə müraciət edib qeydiyyatdan keçməlidirlər.

Elmi-metodiki seminarların iş planı ilə http://tqdk.gov.az/news/monitoring/1555/ linkinə daxil olmaqla tanış olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti