...

Bilik Gününə həsr edilmiş tədbir keçirildi (FOTO)

Cəmiyyət Materials 14 Sentyabr 2015 14:59 (UTC +04:00)
“AtaSığorta” ASC və “Excelsior Hotel Baku” hotelinin dəstəyi ilə “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarının birinci sinifə gedəcək uşaqları üçün 15 sentyabr - Bilik Gününə həsr edilmiş tədbir keçirildi.
Bilik Gününə həsr edilmiş tədbir keçirildi (FOTO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

12 sentyabr tarixində "AtaSığorta" ASC və "Excelsior Hotel Baku" hotelinin dəstəyi ilə "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşlarının birinci sinifə gedəcək uşaqları üçün 15 sentyabr - Bilik Gününə həsr edilmiş tədbir keçirildi.

Tədbirdə çıxış edən "AtaHolding" Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, yazıçı Fazil Abbasov və yazıçı Nizaməddin Şəmsizadə birinci sinifə gedəcək uşaqların biliklər dünyasına ilk qədəmlərini qoymaqları münasibətilə təbrik etdilər və onlara təhsillərində uğurlar arzuladılar.

Uşaqlar hərflər, saylar, rənglərlə bağlı viktorinalarda, mahnı və şer müsabiqələrində iştirak etdilər. Qaliblərə "AtaSığorta" ASC-dən hədiyyələr təqdim edildi. "AtaSığorta" Marketinq və Kommunikasiyalar şöbəsinin rəhbəri Yusif Ağayev tədbirlə bağlı qeyd etdi: "Biz bu günü təntənəli, təmtəraqlı və yadda qalan etdiyimiz üçün çox şadıq. Bizim dövrümüzdə təhsil istənilən cəmiyyətdə son dərəcə vacib rol oynayır. Ümid edirik ki, tədbirdə iştirak edən uşaqlar gələcəkdə yaxşı təhsil alacaq və Azərbaycanın yüksək təhsilli və layiqli vətəndaşları olacaqlar.

"AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 14,6 milyon manat məcmu kapitalına malik olmaqla, 26 sığorta növü - 22 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 23 filial, nümayəndəlik və satış üzrə ofislər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti