...

Azərbaycan Milli Bankının ilk sədri vəfat edib

Cəmiyyət Materials 22 Sentyabr 2015 10:39 (UTC +04:00)
Azərbaycan Milli Bankının (AMB) ilk sədri Qalib Ağayev ötən gün vəfat edib.
Azərbaycan Milli Bankının ilk sədri vəfat edib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycan Milli Bankının (AMB) ilk sədri Qalib Ağabala oğlu Ağayev ötən gün vəfat edib.

Q.Ağayev 75 yaşında dünyasını dəyişib.

Geniş dairələrdə tanınmış bankir və maliyyəçi olan Qalib Ağayev 1941-ci il 13 iyul tarixində Bakı şəhərində anadan olub.

Q.Ağayev Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlayıb, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışıb. 1992-ci ildən Azərbaycan Milli Bankının ilk rəhbəri olub.

Mərhumun dəfn mərasimi bu gün, 22 sentyabr saat 14:00-da Süleyman Vəzirov küç., 11 ünvanında baş tutacaq.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti