...

“Təmiz Şəhər” ASC Balaxanıda su və kanalizasiya sisteminin qurulmasına dəstək göstərir

Cəmiyyət Materials 23 Sentyabr 2015 10:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

"Təmiz Şəhər" ASC Balaxanı qəsəbəsində su və kanalizasiya sisteminin qurulmasına dəstək göstərir.

"Təmiz Şəhər" ASC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikilməsi zavodun yerləşdiyi Balaxanı qəsəbəsində ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük töhfə verməklə yanaşı, qəsəbənin kommunal infrastrukturunun inkişaf etdirilməsinə də müsbət təsir göstərib.

Belə ki, zavodun tikilməsi məqsədi ilə Fransanın "CNIM S.A." şirkəti ilə İqtisadiyyat və Sənaye Nazirliyi arasında 2008-ci ildə bağlanmış podrat müqaviləsinin xüsusi şərtlərinə əsasən, müştərək hesabdakı məbləğin müəyyən hissəsi mərhələlərlə xeyriyyəçilik və Balaxanı qəsəbəsində həyata keçiriləcək sosial layihələr üçün xərclənəcək.

Tərəflərin razılığı ilə prioritet layihə kimi Balaxanı qəsəbəsinin qəsəbədaxili su və kanalizasiya şəbəkəsinin, həmçinin qəsəbəxarici magistral su və kanalizasiya boru kəmərlərinin və nasosxanaların tikintisinin bir hissəsinin maliyyələşdirilməsi seçilib. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Təmiz Şəhər" ASC-nin təsisçiliyi ilə yaradılmış Balaxanı Sosial İnkişaf Fondu ilə "Azərsu" ASC arasında 2012-ci ildə müqavilə imzalanıb.

Müqaviləyə əsasən, Balaxanı qəsəbəsində su və kanalizasiya sisteminin su xətlərinin çəkilişi bu xeyriyyə layihəsi hesabına maliyyələşdirilir. Hazırda işlərin 80%-dən çoxu yerinə yetirilib və yaxın zamanda tamamilə başa çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti