...

Təhsil Nazirliyi təlimçi axtarır

Cəmiyyət Materials 28 Sentyabr 2015 17:50 (UTC +04:00)
Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və ibtidai sinif müəllimliyi ixtisasları üzrə təlimçi seçimi üçün müsabiqə elan olunub.
Təhsil Nazirliyi təlimçi axtarır

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Elmir Murad/

Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və ibtidai sinif müəllimliyi ixtisasları üzrə təlimçi seçimi üçün müsabiqə elan olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi tərəfindən fənn müəllimlərinin ixtisasartırma proqramında fəaliyyət göstərmək məqsədilə elan edilmiş müsabiqədə iştirak etmək istəyənlər 15 oktyabr 2015-ci il tarixdən gec olmayaraq özü haqqında şəxsi məlumatı (CV) [email protected] elektron poçt ünvanına göndərməlidir.

Qeyd edək ki, tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaq. Müsahibədən keçən şəxslər təlimçi bacarıqlarını inkişaf etdirmək üçün Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif təlimlərə cəlb ediləcək. Uğurlu namizədlərə ixtisasartırma proqramları üzrə təlimçi statusu veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti