...

TQDK daha bir SAT imtahanı keçirəcək

Cəmiyyət Materials 1 Oktyabr 2015 15:39 (UTC +04:00)
Oktyabrın 3-də növbəti dəfə SAT imtahanı keçiriləcək.
TQDK daha bir SAT imtahanı keçirəcək

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Elmir Murad/

Oktyabrın 3-də növbəti dəfə SAT imtahanı keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumata görə, imtahan saat 08:30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m ünvanında yerləşən inzibati binasında keçiriləcək. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

İmtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.

Nəticələr oktyabrın 22-də imtahanda iştirak edənlərin "College Board"-un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq.

Qeyd edək ki, SAT (Scholastic Aptitude Test - Akademik Qiymətləndirmə Testi) Azərbaycanda şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti