Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycanda "Twitter" sosial şəbəkəsinin istifadəçilərinin fəallığı 2015-ci ilin yanvar-sentyabr aylarında 66,7 faiz artıb. Bu barədə Trend "Global Stats" statistika mərkəzinə istinadən məlumat verir.
"Twitter"in Azərbaycan bazarında sentyabrın sonuna olan payı 9,3 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,3 dəfə çoxdur.
2015-ci ilin ilk 9 ayının yekununa görə, "Facebook"un istifadəçi auditoriyasında 7,8 faizlik azalma qeydə alınıb. Azərbaycanda sosial şəbəkələr arasında populyarlığına görə birinci yerdə olan "Facebook"un oktyabrın 1-nə olan ölkədəki bazar payı 80,8 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 13,7 faiz azdır.
2,63 faizlik payla üçüncü yerdə "Pinterest" qərarlaşıb. Daha sonra "Tumblr" (2,22 faiz), "Reddit" (1,32 faiz), "Google+" (1,1 faiz), "Vkontakte" (0,98 faiz) və başqaları gəlir.