Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda hər bir ali təhsil müəssisəsi sağlamlıq imkanları məhdud tələbələrin təhsil ala bilməsi üçün xüsusi şəraitin yaradılması məsələsinə ciddi diqqət yetirməlidir.
Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə bildirib.
C.Bayramov qeyd edib ki, Təhsil Nazirliyi universitetlərin akkreditasiyası aparılan zaman bu məsələlərə diqqət yetirir və bundan sonra da yetirəcək: "Sağlamlıq imkanları məhdud uşaqlar, tələbələr üçün təhsil müəssisələrində xüsusi şəraitlər yaradılmalıdır. Yeni tikintilər aparıldıqda, təmir işləri görüldükdə bu məsələlərin nəzərə alınması dövlətin diqqətindədir".