...

Fəvvarələr meydanında "Soyuq Əllər, İsti Ürək" adlı xeyriyyə yarmarkası keçiriləcək

Cəmiyyət Materials 12 Oktyabr 2015 16:22 (UTC +04:00)
1-31 dekabr tarixlərində Fəvvarələr meydanında "Soyuq Əllər, İsti Ürək" adlı xeyriyyə yarmarkası keçiriləcək.
Fəvvarələr meydanında "Soyuq Əllər, İsti Ürək" adlı xeyriyyə yarmarkası keçiriləcək

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

1-31 dekabr tarixlərində Fəvvarələr meydanında "Soyuq Əllər, İsti Ürək" adlı xeyriyyə yarmarkası keçiriləcək.

"Nargis" fondunun rəhbərliyi ilə artıq üçüncü il təşkil olunan xeyriyyə yarmarkası qarşıdan gələn qış mövsümünün səbirsizliklə gözlənilən tədbirlərindəndir.

Ənənəyə uyğun olaraq, yarmarkadan əldə olunan vəsait müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf ediləcək. Hər il yarmarkanın qonağı olan uşaq evlərinin sakinlərini məşhur qonaqlarla görüş, sevimli ifaçıların çıxışları, yarmarkanın sponsorları tərəfindən suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.

Uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş çoxsaylı əyləncə və sürprizlər əsl Yeni il bayramı ab-havası yaradır.

"Mələklər" şüarı altında 1 ay ərzində davam edəcək yarmarkada doğmalarınıza və əzizlərinizə Yeni il münasibətilə hədiyyələr alaraq ehtiyacı olan çoxlu sayda uşaqlara sevinc bəxş etmiş olacaqsınız. Layihəyə cəlb olunmuş sponsorlar, könüllülər və layihə iştirakçıları möcüzəyə ehtiyacı olan uşaqların müalicəsinin və əyləncəsinin həyata keçirilməsinə böyük töhvələr verən mələklər olacaqlar.

Yarmarkaya layihədə iştirak, ona dəstək və layihənin işıqlandırılması məqsədilə media nümayəndələri, könüllülər, fotoqraflar, bloggerlər, musiqiçilər və rəqs qrupları dəvət olunur.

"Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası haqqında daha ətraflı məlumatı tədbirin rəsmi səhifələrindən əldə edə bilərsiniz:
Instagram: Soyuqelleristiurek
Facebook: https://www.facebook.com/soyuqelleristiurek/info/?tab=page_info

İştirak və müsahibə ilə bağlı müraciət:
Aydan Abdulbağıyeva
Tel.: (+994 12) 4649111; [email protected]; [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti