...

Azərbaycanda müəllimlər üçün sınaq qiymətləndirmənin keçiriləcəyi tarixlər açıqlandı

Cəmiyyət Materials 16 Oktyabr 2015 13:41 (UTC +04:00)
Azərbaycanda daha 12 rayon və şəhərdə müəllimlərin bilik və bacarıqlarının diqnostik qiymətləndirilməsinin keçirilməsi tarixləri müəyyənləşdirilib.
Azərbaycanda müəllimlər üçün sınaq qiymətləndirmənin keçiriləcəyi tarixlər açıqlandı

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda daha 12 rayon və şəhərdə müəllimlərin bilik və bacarıqlarının diqnostik qiymətləndirilməsinin keçirilməsi tarixləri müəyyənləşdirilib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ilk sınaq qiymətləndirmə Masallı Olimpiya İdman Kompleksində 28-30 noyabrda Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək.

Dekabrın 4-7-də İmişli , Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon müəllimləri Sabirabad Olimpiya İdman Kompleksində, dekabrın 11-12-də Xaçmaz rayon müəllimləri Xaçmaz Olimpiya İdman Kompleksində, dekabrın 16-20-də Sumqayıt şəhəri, Abşeron, Qubadlı rayon müəllimləri Sumqayıt Olimpiya İdman Kompleksində imtahan verəcəklər. Dekabrın 24-25-də isə Gəncə müəllimləri Gəncə Olimpiya İdman Kompleksində imtahan verəcəklər.

Qeyd edək ki, 2016-cı ilin yanvarından adı çəkilən rayon və şəhər müəllimlərinin əmək haqlarının artırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti