...

Bələdiyyələrin uşaq bağçası yaratmasına nə mane olur?

Cəmiyyət Materials 22 Oktyabr 2015 13:22 (UTC +04:00)
Bu gün Bakıda və rayonlarda uşaq bağçalarına böyük ehtiyac var. Ölkədə çoxlu sayda yeni uşaq baxğaları tikilib istifadəyə verilsə də, bu sahədə olan tələbatı tam təmin etmək mümkün olmayıb.
Bələdiyyələrin uşaq bağçası yaratmasına nə mane olur?

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Bu gün Bakıda və rayonlarda uşaq bağçalarına böyük ehtiyac var. Ölkədə çoxlu sayda yeni uşaq baxğaları tikilib istifadəyə verilsə də, bu sahədə olan tələbatı tam təmin etmək mümkün olmayıb.

Azərbaycanın mövcud qanunvericiliyi bələdiyyələrə uşaq bağçaları yaratmaq hüququ versə də, onlar indiyədək bu imkandan istifadə etməyiblər.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Tahir Rzayev Trend-ə bildirib ki, bələdiyyələr bu istiqamətdə özləri təşəbbüs göstərməlidirlər: "Bu gün Bakıda və rayonlarda uşaq bağçalarına böyük ehtiyac var. Fərdi şəxslər uşaq bağçaları aça bilirlər, ancaq bələdiyyələr buna təşəbbüs göstərmirlər. Bu, çətin bir məsələ deyil. Bələdiyyələr istəsələr bu işi həyata keçirə bilərlər. Bu, həm də bələdiyyələr üçün bir gəlir mənbəyi ola bilər. Yəni müəyyən fiziki və hüquqi şəxslər uşaq bağçaları yaradır və vətəndaşlar da onlara xeyli vəsait ödəyirlər. Bunu niyə bələdiyyə edə bilmir? Edə bilərlər, amma təşəbbüslər azlıq təşkil edir".

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən isə Trend-ə bildirilib ki, uşaq baxğalarının yaradılmasında bələdiyyələr sərbəstdirlər. Qeyd olunub ki, bəzi bələdiyyələr artıq uşaq baxğaları yaradıb: "Bu işdə bələdiyyələr özləri təşəbbüs göstərməlidirlər. Bu məsələdə Ədliyyə Nazirliyinin heç bir rolu yoxdur. Bizim işimiz bələdiyyələrə metodik tövsiyələr vermək və inzibati nəzarəti həyata keçirməkdir".

Məsələ ilə bağlı bələdiyyələrin fikirləri müxtəlif oldu. Bəzi bələdiyyələr uşaq bağçalarının yaratmaq istəməmələrini maliyyə problemləri ilə əlaqələndirib. Ancaq uşaq bağçaları inşa etməkdə davam edən və hətta istifadəyə verən bələdiyyələr də var. Güzdək bələdiyyəsindən isə Trend-ə bildirilib ki, artıq bələdiyyə tərəfindən 4 qruplu 80 yerli uşaq bağçası tikilib istifadəyə verilib. Digər bir neçə bələdiyyədən də hazırda bələdiyyə uşaq bağçasının tikildiyi və yaxın vaxtlarda istifadəyə veriləcəyi bildirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti