...

Dilçilik İnstitutu: "Verilişə çıxanda əcaib ifadələr işlədirlər"

Cəmiyyət Materials 5 Noyabr 2015 18:41 (UTC +04:00)
“Əvvəlki illərlə müqayisədə radio-televiziya kanallarının aparıcılarının dili ilə bağlı vəziyyətdə əsaslı dönüş yaranmasa da, müəyyən qədər fərqlər var”.
Dilçilik İnstitutu: "Verilişə çıxanda əcaib ifadələr işlədirlər"

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Əvvəlki illərlə müqayisədə radio-televiziya kanallarının aparıcılarının dili ilə bağlı vəziyyətdə əsaslı dönüş yaranmasa da, müəyyən qədər fərqlər var".

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, ədəbi dilin işlənməsi sahəsində əsas problem özəl telekanallarla bağlıdır: "Təəssüf ki, büdcədən maliyyələşən bəzi telekanallarda da bu meyl hiss olunur. Çünki işə götürülən aparıcılar ixtisas sahibi deyillər, dili yaxşı bilmirlər, onların ümumi təfəkkür səviyyəsi aşağı olur. Bu adamlar verilişə çıxanda uyğun sözləri deməyə çətinlik çəkirlər və nəticədə əcaib ifadələr işlədirlər. Ona görə də hesab edirəm ki, rəhbərlik işə götürən, efirə adam buraxan zaman onun hazırlığına diqqət yetirməlidir".

Q.Məhərrəmli qeyd edib ki, aparıcıların dilindəki nöqsanları aradan qaldırmaq üçün sistemli iş aparılmalı, mütəmadi olaraq treninqlər keçirilməlidir: "Biz bir dəfə televiziya əməkdaşları üçün treninq təşkil etmişik. Hesab edirəm ki, həmin treninqə gələn həmkarlarımız ona çox ciddi maraq göstəriblər və bundan xeyli faydalanıblar. Bu treninqləri təşkil etmək üçün müəyyən bir sistem olmalıdır. Bununla yalnız Dilçilik İnstitutu deyil, Milli Televiziya və Radio Şurası da, telekanalların özləri də məşğul ola bilərlər. Çünki telekanallarda Dil şuraları var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti