...

Bakı-Sumqayıt qatarındakı nasazlığa rəsmi aydınlıq gətirildi

Cəmiyyət Materials 9 Noyabr 2015 11:17 (UTC +04:00)
Bakı-Sumqayıt qatarının hərəkətində fasilə yaranıb.
Bakı-Sumqayıt qatarındakı nasazlığa rəsmi aydınlıq gətirildi

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir Elmir Murad/

Bakı-Sumqayıt qatarının hərəkətində fasilə yaranıb.

Bu faktı Trend-ə təsdiqləyən "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov qeyd edib ki, qatarın hərəkətində yaranan 10 dəqiqəlik fasilə aradan qaldırılıb və sərnişinlər mənzil başına çatdırılıb.

Qurum rəsmisi yaranmış problemin səbəbini belə izah edib: "Sumqayıtdan Bakıya gedən 08:45 qatarında elektrikdə gərginlik yaranıb və qatar Biləcəri stansiyasında dayanmalı olub. Amma nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar öz qrafikləri ilə hərəkətlərini davam etdirirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti