...

Mahaçqalada Əziz Əliyevə abidə ucaldılacaq

Cəmiyyət Materials 11 Noyabr 2015 20:03 (UTC +04:00)
Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət xadimi və siyasi xadim Əziz Əliyevin xatirəsinə abidə ucaldılacaq.
Mahaçqalada Əziz Əliyevə abidə ucaldılacaq

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqalada görkəmli dövlət xadimi və siyasi xadim Əziz Əliyevin xatirəsinə abidə ucaldılacaq. Bu barədə Trend AZƏRTAC-a istinadən məlumat verir.

Mahaçqala şəhər administrasiyasından bildirilib ki, abidənin ətrafında, həmçinin bağ salınacaq. Gələcək bağın müfəssəl memarlıq planı artıq hazırlanıb. Abidənin qoyulması və bağın adablaşdırılması üzrə bütün işlər gələn ilin yazında başa çatacaq.

Görkəmli dövlət xadimi və siyasi xadim Ə.Əliyev müxtəlif illərdə Azərbaycanın xalq səhiyyə komissarı, Azərbaycan Ali Sovetinin sədri, ÜK(b)P Dağıstan vilayət komitəsinin birinci katibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti