İmmuniteti gücləndirən dərmanlardan kortəbii istifadə yeni xəstəliklər yarada bilər

İmmuniteti gücləndirən dərmanlardan kortəbii istifadə yeni xəstəliklər yarada bilər

Bakı. İlhamə İsabalayeva - Trend:

Payız və qış aylarında havanın temperaturunun enməsi, yüksək rütubət və dəyişkən hava insanın immunitetini zəiflədərək onun orqanizmini xəstəliklərə qarşı daha dözümsüz edir. İmmun sisteminin möhkəmləndirilməsi orqanizmin sağlamlığı üçün əsas şərt olsa da, bəzi insanlar immunitetinin yüksəldilməsi üçün kortəbii şəkildə tədbirlər görürlər. Lakin onlar bu zaman nəzərə almırlar ki, kortəbii şəkildə görülən bu tədbirlər orqanizmdə, xüsusilə uşaqların orqanizmində hansı ağır fəsadlara yol aça bilər.

İmmun sisteminin orqanizm üçün "yad", təhlükəli hesab edilən substansiyaların tanınması və məhv edilməsi funksiyasını daşıdığını deyən həkim-konsultant Yazgül Abdiyeva Trend-ə bildirib ki, insan orqanizminin daxili mühitinin sabitliyini qorumaq üçün xüsusi hüceyrələr (anticisimciklər) mövcuddur. Onlar rastlaşdıqları hər bir hüceyrənin "molekulyar pasportunu" yoxlayaraq "yad" hüceyrələri aşkarlayıb onları məhv edirlər: "İnsan iradəsindən asılı olmayaraq baş verən bu proses çox vacibdir. Çünki hər bir dəqiqə ərzində insan orqanizminə qida, hava, dəridəki mikroçatlardan və zədələnmiş sahələrdən müxtəlif zərərli mikroorqanizmlər (viruslar, bakteriyalar, göbələklər, toksinlər və s.) daxil olur. Bir çox hallarda onlar nəinki bizim sağlamlığımıza, hətta həyatımıza təhlükə yaradırlar".

Həkimin sözlərinə görə, müxtəlif xəstəliklər, stresslər, natamam qidalanma, radiasiya, yaşın artması və bu kimi digər mənfi faktorların təsirindən orqanizmdə müəyyən pozulmalar baş verir ki, bunun nəticəsində immun sistemi müəyyən dərəcədə zədələnmiş olur. Bu isə "səhv" bölünmə nəticəsində yaranmış patoloji hüceyrələrin aşkar edilməməsi ehtimalını xeyli dərəcədə artırır. Bu "mutant-hüceyrə" bölünməyə başlayaraq özünə bənzər hüceyrələrin yaranmasına səbəb ola bilər ki, bu da sonda xərçəngin inkişaf etməsi ilə nəticələnə bilər.

Y.Abdiyeva qeyd edib ki, böyük insanlar 1 il ərzində 4 dəfədən artıq soyuqlamırsa, onda immunitet normal hesab edilir. İmmunitetin zəifləməsini bildirən əlamətlər ildə 5 dəfədən çox xəstələnmək (yuxarı tənəffüs yolları infeksiyaları, qrip və s. ilə), ümumi zəiflik, başağrısı, göz altında göyərmə, dəri örtüklərinin solğunluğu, yuxululuq, dalağın, boyun və qoltuqaltı limfa düyünlərinin böyüməsi, saçların və dırnaqların zəifləməsi, tökülməsi, allergiya, bağırsaq dizbakteriozu, iştahasızlıq, arıqlama, meteorizm və s.-dir.

Bu hallar müşahidə edildiyi zaman immuniteti möhkəmləndirmək üçün tədbirlərin görülməsini vacib sayan Y.Abdiyeva deyib ki, immun sistemini möhkəmləndirmək üçün təbii vasitələrdən istifadə etmək daha düzgündür. İmmun sistemi stimuləedici dərman vasitələrindən kortəbii istifadə isə gələcəkdə autoimmun xəstəliyinə meyillik yaradir: "İmmun sistemi orqanizmin hüceyrə və toxumalarının normal inkişaf etməsinə nəzarət edərək, onlar üçün nəzərdə tutulan genetik proqramdan kənara çıxmağa imkan vermir. Yəni xərçəng hüceyrələrini, qocalmış, ölmüş hüceyrələri məhv edir və məhv olmuş hüceyrələrin üzərinə düşən vəzifələri tam şəkildə icra edə bilən cavan "ardıcılların" yetişdirilməsi mexanizmini tənzimləyir. Bəzi hallarda isə müəyyən olunmayan səbəblər nəticəsində immun sisteminin hüceyrələri orqanizmin sağlam hüceyrələrini "yad" kimi qəbul edərək onları məhv etməyə başlayır. Bu proses "autoimmun patologiya" adlanır. Bəzi hallarda isə immun sistemi tamamilə zərərsiz maddələri "düşmən" kimi qəbul edərək onlarla "vuruşmağa" başlayır. Bu halda orqanizmdə allergik reaksiya baş verir və nəticədə insan orqanizmi xeyli zərər çəkir".

İmmunostimulyatorlardan istifadə etmədən immuniteti gücləndirməyin yollarını açıqlayan həkim bildirib ki, bunun üçün düzgün qidalanmaq (gündə 3-4 dəfə), qidada meyvə, tərəvəz, süd məhsullarının miqdarını artırmaq lazımdır. İmmuniteti gücləndirən əsas qidalar isə tərkibi C vitamini ilə zəngin olan meyvələr (limon, portağal, mandarin, qarağat), həmçinin üzüm şirəsi, qırmızı şərab, bal, qoz, fındıq, badam və s., tərəvəzlərdən soğan, sarımsaq, brokkoli (gül kələmi), kök, dəfnə yarpağı, təbii süd məhsulları (yoğurt, pendir, kəsmik), zülallarla zəngin ət və balıq məhsullarıdır. İmmuniteti artırmaqdan ötrü karbohidrat və zülal mübadilə proseslərini tənzimləyən, immun sisteminin virus və infeksiyalarla effektiv dərəcədə mübarizəsinə kömək edən sinklə zəngin qidalar qəbul etmək, çoxlu miqdarda maye içmək lazımdır.

O, əlavə edib ki, viruslar burun-udlağın quru selikli qişasında daha asanlıqla çoxaldığından burunun selikli qişasının qurumaması üçün onu dəniz duzu məhlulu ilə yuyub təmizləmək lazımdır: "Bu sadə prosedur nəticəsində bütün mikrob və bakteriyalar təmizlənir, nəticədə selikli qişanın quruması baş vermir, yerli immunitetin də zəifləməsinin qarşısı alınır. Bundan başqa, mütləq gün ərzində heç olmasa 1 stəkan yaşıl çay içmək lazımdır, çünki onun tərkibində faydalı elementlər daha çoxdur. Yaşıl çayın tərkibində olan polifenol orqanizmdən sərbəst radikalları çıxarır və bir çox xəstəliklərdən müdafiə edir. Ona görə də yaşıl çayın sistematik qəbulu immuniteti möhkəmləndirir. Yaşıl çayla yanaşı, insanı soyuqdəymədən müdafiə edən, orqanizmin infeksiyalara qarşı müdafiəsini artıran fitoçayları da unutmaq olmaz. Əsasən moruq, qarağat, nanə, çobanyastığı (1 stəkan qaynar suya 1 x.q.) yarpaqlarından çay dəmləməsi virus əleyhinə, iltihab əleyhinə, ümumi möhkəmləndirici təsir göstərir. Profilaktik məqsədlə boğazı bir gündən bir çobanyastığı, adaçayı dəmləməsi və ya dəniz duzu məhlulu ilə yaxalamaq da antiseptik təsir göstərir və selikli qişanı təmizləyərək yuyur".

Həkim vurğulayıb ki, immunitetin güclənməsində 70% halda bağırsaqlar rol oynadığından gündəlik olaraq süd məhsulları (qatıq, yoğurt, təbii kəsmik) qəbul etmək lazımdır: "Bu məhsulların az və ya orta dərəcəli yağlılığı olan növlərini seçmək daha arzuolunandır. Bağırsaq immunitetinə müsbət təsir göstərən məhsullar - meyvə (daha çox alma), tərəvəz (pomidor), göy-göyərti də çoxlu yeyilməlidir. Bir çox məhsulların müntəzəm şəkildə qəbul olunması da immuniteti gücləndirir. Sarımsaq, soğan, qıtıqotu kökünün (xren) tərkibi xeyli miqdarda fitonsid adlanan maddələrlə zəngindir ki, bu da mikroblar və viruslara qarşı olan mübarizədə orqanizmə kömək edir. Qrip epidemiyası zamanı bu məhsulların müntəzəm şəkildə qəbul olunması bu xəstəliyə yoluxmaqdan qoruya bilər. Qəbul etdiyiniz qidaların tərkibində müntəzəm olaraq yarmaların da (qarabaşaq, darı, yulaf, qəhvəyi düyü və s.) olması orqanizmin təmizlənməsinə - zərərli kimyəvi, radioaktiv maddələrin, şlakların orqanizmdən xaric olunmasına, bu da öz növbəsində, immunitetin möhkəmlənməsinə yardım edir".

Y.Abdiyeva qeyd edib ki, bal, arı südü, arı tozu, propolis təbii immunostimulyatorlar sayıldığından onların müntəzəm şəkildə istifadə edilməsi müsbət nəticələr verir: "Qrip epidemiyaları zamanı immunitetin möhkəmləndirilməsi məqsədilə limon-bal qarışığı, zəncəfil (çaya əlavə etməklə) qəbulu məsləhətdir. İmmunitetin güclənməsi üçün bədəndə olan xroniki infeksiya ocaqlarının (xroniki tonzillit, kariyesli dişlər, haymorit, qurd invaziyaları və s.) müalicə edilməsi, hadisələrə pozitiv yanaşmaq, stressdən uzaq olmaq, əsəbiləşməmək, yuxu rejiminə diqqət etmək, aktiv həyat tərzi keçirmək, təmiz havada çox gəzmək, idmanla məşğul olmaq da zəruridir".

Həkim bildirib ki, uşaq orqanizminin həssaslığının yüksək olmasını və immunitetinin böyüklərə nisbətən daha zəif inkişaf etməsini nəzərə alaraq, immuniteti gücləndirmək məqsədilə onlara verilən qidaların miqdarını və immunostimulyatorların, bioloji aktiv maddələrin, vitamin komplekslərinin dozasını düzgün seçmək lazımdır: "Məsələn, uşaqlara bal, bəhməz, çuğundur və kök şirələri, sitrus meyvələri, bananın və s. həddindən artıq miqdarda verilməsi allergik reaksiyaların (bronxospazm, səpgilər və s.) yaranmasına səbəb ola bilər.

ANAMA cəbhəboyu ərazilərdə hərbi sursat, radiopelenqatorlar və mərmi qalıqlar aşkar edib (FOTO)
ANAMA cəbhəboyu ərazilərdə hərbi sursat, radiopelenqatorlar və mərmi qalıqlar aşkar edib (FOTO)
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib
Səbaildə onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb (FOTO)
Səbaildə onlayn yolla narkotik vasitələr satan şəxs saxlanılıb (FOTO)
Loading Bars
Xəbər lenti
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin növbəti siyahısını açıqlayıb
Hər iki cəbhədə qalib gələcəyik!
Gürcüstanda daha 1928 nəfər koronavirusa yoluxub
Hikmət Hacıyev Misirin "Al Ahram" qəzetinə müsahibə verib
Bakıda 554 küçə dezinfeksiya edildi (FOTO)
Ermənilər yerləşdikləri ərazilərdə daim etnik təmizləmə aparıb - Ekspert
Azərbaycan Ordusu tarix yazmaqda davam edir (VİDEO)
İranda ötən sutkada 296 nəfər koronavirusdan ölüb
Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır (FOTO/VİDEO)
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb
Qubadlı rayonunun işğaldan azad olunan kəndləri (VİDEO)
Azərbaycan QHT-ləri Ermənistanda uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Ermənistanın Zangilan, Qubadlı və Laçına hücumları təcavüz aktıdır - Hikmət Hacıyev
Gəncədə kilsədə 13 yaşlı Arturun anım mərasimi keçirilir (FOTO)
ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir
Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur - MN
Vankuverdə yaşayan azərbaycanlılar Gəncədəki terror aktlarına etiraz etdi (FOTO)
Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular - ADLAR
Ermənistanda koronavirusa daha 2 314 nəfər yoluxub, 23 nəfər ölüb
İranlı general: Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə sevinirik
Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb
Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir - MN (VİDEO)
Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşür (VİDEO)
Sabah 26 dərəcəyədək isti olacaq
Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir (FOTO)
13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür - Deputat
Prezident İlham Əliyev: Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim
Baş Prokurorluq Ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq edib (VİDEO)
Prezident İlham Əliyev: Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir
Prezident İlham Əliyev: Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır
Prezident İlham Əliyev: Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur
Prezident İlham Əliyev: Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur, biz, sadəcə, cavab verdik
Prezident İlham Əliyev: Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq
Prezident İlham Əliyev: Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir
Kaliforniyada Gəncə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Şuşada kilsədə baş verənlər ya səhv olub, ya da bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib
Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır - Hikmət Hacıyev
Prezident İlham Əliyev 90-cı illərdəki döyüşlər haqqında: Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq
Prezident İlham Əliyev: Vasitəçilər Dağlıq Qarabağa müstəqillik, yaxud muxtariyyət verilməsi ilə bağlı bizə heç bir plan təqdim etməyib
Azərbaycan Prezidenti: İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu
Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO)
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb
Paytaxtda koronavirusa ən çox yoluxma bu rayondadır
Qazaxıstanda koronavirusa daha 152 nəfər yoluxub
İƏT fransalı islamofob siyasətçilərlə bağlı bəyanat yayıb
Döyüşlərdə uşaqlardan istifadə edən Ermənistan məsuliyyətə cəlb edilməlidir - Beynəlxalq qaydalar pozulub
Ermənistanda hərbidən yayınmaq üçün saxta Covid-19 arayışı satan həkim həbs olunub
MN xəbərdarlıq edir: Düşmənə hərbi sirr vermə! (FOTO)
Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ədaləti yenidən bərqərar edir - Yalçın Topçu
Düşmən itkilər vərərək geri çəkilib
Düşmənin məhv edilən hərbi təxnikası - SİYAHI
Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında düşmənə ciddi zərbə vurub - MN
Həbib Nurməhəmmədov UFC-də son döyüşünü keçirdiyini deyib
Samsung-un sədri vəfat edib
Nüvə Silahlarına Qadağa Müqaviləsi 22 yanvar 2021-ci ildə qüvvəyə minəcəkdir
Dünyada sutkada koronavirusa yoluxma sayında rekord artım qeydə alınıb
Moskvada koronavirusdan daha 68 nəfər ölüb
ANAMA cəbhəboyu ərazilərdə hərbi sursat, radiopelenqatorlar və mərmi qalıqlar aşkar edib (FOTO)
Həbib Nurməhəmmədov üçüncü dəfə UFC çempionu titulunu qorudu
Əfqanıstanda "Əl-Qaidə" liderlərindən biri zərərsizləşdirilib
Türkiyədə koronavirusdan sağalanların sayı 313 mini keçib
Hərbçilərimiz koronavirusla bağlı çağırış etdi (VİDEO)
Fransa Ankaradakı səfirini geri çağırıb
Düşmənin döyüş texnikaları məhv edilib (VİDEO)
Hikmət Hacıyev: 15 yaşınadək uşaqların əsgər kimi istifadə olunması müharibə cinayətdir (VİDEO)
Ermənistan döyüşlərdə uşaqlardan istifadə etməyə davam edir (VİDEO)
Hikmət Hacıyev: Ermənilərin hədəfi kənd və mülki şəxslər idi (FOTO)
Ermənistanın xarici işlər naziri də Paşinyan kimi CNN-ə müsahibədə rəzil duruma düşdü - Politoloq
Rusiyanın Qazprom qülləsi Azərbaycan bayrağına boyandı (VİDEO)
Gəncədəki erməni terroru nəticəsində həlak olan Rusiya vətəndaşının xatirəsi yad edilib (FOTO)
Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb (FOTO/VİDEO)
MN: Aciz qalan düşmən dezinformasiya və təxribat xarakterli məlumatlar yayır
MN: Təslim olan ermənilərin üçüncü dövlətlərə keçməsi üçün şərait yaradılacaq
Almaniyada Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib (FOTO)
MN: Azərbaycan Ordusunun keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə düşmən təxribata əl atır
Azərbaycan HHQ-i düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 24.10.2020 tarixli bölüm
Prezidentə yazırlar: Erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiyinizə görə Sizinlə fəxr edirik
Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb - MN
Milli Məclisin Sədri Fransa Milli Assambleyasının Sədrinə məktub ünvanlayıb
İslamabadın ən böyük alış-veriş mərkəzində “Ermənistan mülki əhalini qətlə yetirir. Erməni təcavüzünə son” adlı aksiya keçirilir (FOTO/VİDEO)
Paşinyanın ardınca Mnatsakanyan da CNN-də özünü biabır etdi
Bayrağımızı Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracağıq - Azərbaycan hərbçiləri (VİDEO)
Rusiya XİN ermənilərin Gəncəyə raket atəşi nəticəsində həlak olan Rusiya vətəndaşı ilə bağlı məlumat yayıb
Gəncədə 10 qadın və 6 uşaq olmaqla 26 nəfər həlak olub - Baş Prokurorluq
"Amerikanın səsi" etdiyi səhvə görə üzr istədi (FOTO)
İşğal olunmuş ərazilərdəki dinc əhaliyə hərbi obyektlərdən uzaq durmaq tövsiyə edilir
Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı
Parisdəki Azərbaycan Evinin rəhbəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Sputnik Frans” a müsahibə verib
Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır - Hikmət Hacıyev
Qax və Zaqatalanın giriş-çıxışlarında karantin postları qurulub (FOTO)
Ballistik raketləri mülki insanlara qarşı atan Ermənistan hakimiyyətinin əməlləri hərbi cinayətdir - Deputat
Rusiya səfirliyi Ermənistanın Gəncəyə raket atəşi nəticəsində ölən yeniyetmə ilə bağlı məlumat yayıb
Dövlət başçısının müxtəlif televiziya kanallarına, qəzetlərə verdiyi müsahibələr tarixi əhəmiyyətə malikdir - Hikmət Babaoğlu
Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir (VİDEO)
Ağlını itirmiş rəhbər və ya Paşinyanın “parkinson xəstəliyi”
ABŞ-da koronavirus vaksininin sınaqları bərpa olunub
Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - Müdafiə Nazirliyi
Ermənistan növbəti itkilərini açıqlayıb - SİYAHI
Bütün xəbərlər